15 Noyabr 2018, Cümə axşamı - 08:31

K.Sayns: “Renault mühərriklərini zirvədə görmək xoşdur”

K.Sayns: “Renault mühərriklərini zirvədə görmək xoşdur”

Müəllif: Rauf Hacıyev, redaktor

16:23 - 27 Oktyabr, 2018

Renault komandasının sürücüsü Karlos Sayns bildirib ki, cümə sərbəst yürüşlərindəki templəri aldadıcıdır.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Meksikadakı hər iki cümə sərbəst yürüşlərində 3-cü olub.

Karlos Sayns: “İki Renault mühərrikli bolidləri zirvədə görmək əladır. Mühəndislər Kubokundakı 4-cülüyü qorumaq üçün çox işləyirik. Keçən ilin son yarışlarında əla işləmişdik. Amma nəticələr aldadıcıdır. Force İndia və Sauber bizə yaxındırlar. Lakin Ferrari və Mercedes heç nə edə bilməyiblər. Bu, qəribədir. Bir həftə əvvəl bizdən 2 saniyə sürətli olduqları halda indi geridədirlər və bunu anlamaq çətindir.

Sabah 3-cü yeri tutacağımızı düşünmək nikbinlik olar. Həmişə ən yaxşı performansımı ortaya qoymaq istəyirəm, amma Mercedes və Ferrari-nin problemləri var. Yarış tempində də yaxşı deyillər. Onlar problemi həll etsələr, yenidən önümüzdə olacaqlar. Lakin mübarizəyə davam edirik. 0.2-0.3 saniyə sürətlənsək, onlara başağrısı ola bilərik. Buna görə də işləməliyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 183
Teqlər
Paylaş

logo