K.Sayns: “Özümü futbolçu kimi hiss edirəm”

Renault komandasının sürücüsü Karlos Sayns bildirib ki, özünü icarə əsasında başqa klubda çıxış edən futbolçu kimi hiss edir.

F-1.az xatırladır ki, Red Bull komandasına məxsus olan ispaniyalı sürücü hazırda icarə əsasında Renault-da çıxış edir.

Karlos Sayns: “Daha əvvəl heç bir sürücünün icarə əsasında başqa komandaya getdiyini görməmişəm. Belə hallar futbolda daha çox olur. Qəribə haldır və buna görə də özümü xüsusi hiss edirəm. Hazırda Toro Rosso-dakı kimi əlimdən gələni edərək komandaya gözəl xallar qazandırmalıyam. Özümü isbatlasam, bütün qapılar üzümə açılacaq. Bu mövsüm mənim üçün çox vacibdir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*