K.Sayns nəticəyə təəccüblənib

Toro Rosso komandasının sürücüsü Karlos Sayns bildirib ki, Monakodakı sıralanma turunda 6-cı yerə təəccüblənib.

F-1.az xatırladır ki, Toro Rosso komandası Monakoda birinci sərbəst yürüşlərdən etibarən yaxşı nəticə göstərib. İtalyanlar bu tempi Karlos Saynsla sıralanma turunda da davam etdiriblər.

Karlos Sayns: “Bugünkü nəticə bizim üçün xoş sürpriz oldu. Son yarışlarda sıralanma turu tempində zəif idik, lakin burada ən sürətli 4-cü komanda olduq. Sözün açığı, yaxşı nəticə gözləyirdik, ancaq 6-cı yer düşündüyümüzdən daha yaxşıdır. Bolid Barselonadan etibarən dəyişməyərək, eyni qalıb. Bolid artıq hərtərəflidir və buna görə sevincliyik.

Startda önümüzdəki Red Bull-ları keçmək üçün aqressiv olacam. Bəlkə də, Helmut mənimlə danışacaq, amma mənim məqsədim ən yaxşı nəticə üçün mübarizə aparmaqdır. Burada təhlükəsizlik avtomobili ehtimalı yüksəkdir və bəxtimiz gətirməlidir. Ümid edirəm ki, hər şey istədiyimiz kimi gedər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*