K.Sayns: “Mühəndislər dəli olmuşdular”

Toro Rosso komandasının sürücüsü Karlos Sayns Çin yarışına SuperSoft təkərlərlə başlamağın bəhrəsini gördüyü üçün sevincli olduğunu biıdirib.

F-1.az xatırladır ki, nəm şəraitdə başlayan Çin yarışına bütün sürücülər keçid təkərləri ilə strat verdiyi halda, yarışa 11-ci yerdən start verən ispaniyalı sürücü yaş trasda rəqiblərindən fərqli olaraq SuperSoft təkərləri seçib. Buna görə də startda asfaltla az ilişmə yaşadığına görə sonuncu pilləyə qədər geriləyib.

Amma tras sürətlə quruduqdan sonra Sayns üstünlük qazanıb və yarışı 7-ci yerdə bitirib.

Karlos Sayns: “Təkərlərin üzərindəki termo çexolları açdıqdan sonra mühəndislərin üzünü görməli idiniz. Bütün sürücülərin keçid təkərləri ilə başlayacağını gözləmirdim. Amma pis starta baxmayaraq, aldığımız risk qarşılığını verdi və yarışı mümkün olan ən yaxşı yerdə bitirdik. Bir neçə dövrədən sonra rəqiblərimin pitə girdiyini görəndə öz-özümə “sən axmaq deyilsən, əksinə, ağıllı hərəkət edib doğru strategiya seçdin” dedim. Orta qrupda bu cür risklər bəzən sizə çox şey qazandırır. Bu gün də onlardan biri idi və çox sevincliyik.

Təhlükəsizlik avtomobilindən sonra Ferrari və Red Bull sürücülərini izləməyə başladım. O an çox həyəcanlandım, çünki dünən məndən 2 saniyə sütətli idilər və bu gün onları izləyirdim. Bu nəticədən sonra komanda xoşbəxtdir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*