20 Oktyabr 2018, Şənbə - 06:12

K.Sayns müəlliminin uğurlarını təkrarlamaq istəyir

K.Sayns müəlliminin uğurlarını təkrarlamaq istəyir

Müəllif: Rauf Hacıyev, redaktor

08:13 - 21 Yanvar, 2018

Renault komandasının sürücüsü Karlos Sayns bildirib ki, Fernando Alonsonun fransızların heyətində qazandığı uğurları təkrarlamaq istəyir.

F-1.az xatırladır ki, Fernando Alonso Renault komandasında 2003-2006-cı və 2008-2009-cu illərdə yarışmış və burada 2 Dünya Çempionuluğu, 17 qələbə və 41 podium qazanaraq Fransa təmsilçisinin tarixində ən uğurlu sürücü olmuşdu.

Karlos Sayns: “Artıq Renault kimi böyük komandada yarışıram və hər mənada əlimdən gələnin ən yaxşısını edəcəm. Daha yaxşı nəticələr üçün yarışmaq istəyirəm. Əgər bunu edə bilsək, çox xoşbəxt olacam. Hədəflərimiz və istəklərimiz eynidir. Amma bunu etmək asan olmayacaq. İlk üç komandaya daha yaxın olmaq istəyirik, ancaq bunun üçün çox işləməliyik. Hazırda istədiyimiz nöqtədə deyilik və inkişaf etməliyik. Renault karyeramda Fernando kimi yaxşı performans göstərə bilsəm, əla olacaq. Amma ikimiz də fərqli dövrlərdə burada idik. O vaxtdan bəri idman çox dəyişib. İnkişaf etmək vaxt tələb edir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 161
Teqlər , ,
Paylaş

logo