K.Sayns məyus deyil

Maks Ferstappenin Red Bull komandasına transfer olması Karlos Saynsa təsir etməyib.

F-1.az bildirir ki, Formula1 mütəxəssisləri belə düşünürlər ki, Red Bull-un Ferstappeni transfer etməsi Karlos Saynsı məyus edib. Amma gənc sürücü bunu təkzib edib və bildirib ki, o hələ də Red Bull komandasına transfer olunmaq fikrindən əl çəkməyib.

Karlos Sayns: “O (Ferstappen), Red Bull-a yüksəldisə, mən də bunu edə bilərəm. Mövsüm çox uzundur”.

Əvvəllər Red Bull komandasının gənc sürücü proqramında olan Daniel Xunkadella Saynsın güclü sürücü olduğunu bildirib: “Hamı Ferstappenin istedadına heyran olub, amma Karlos çox sahədə ondan daha yaxşı olduğunu göstərdi”.

Pedro de la Rosa isə bildirib ki, Ferstappenin Red Bull-a transferi Sayns üçün əla fürsətdir: “Bu, Karlos üçün əla fürsətdir. Bu, o deməkdir ki, Red Bull komandası Toro Rosso-nun sürücülərinə güvənir. Ferstappen əlinə düşən fürsəti dəyərləndirdi, amma bunu Sayns da dəyərləndirə bilərdi.

O, strategiyasını və zehniyyətini dəyişdirməlidir. Biz onun nəyə qadir olduğunu gördük. Sadəcə bəxti gətirmədi. Amma əvvəl-axır onun bəxti gətirəcək. O yetişkən bir sürücü olduğunu göstərməlidir”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*