16 Oktyabr 2018, Çərşənbə axşamı - 21:00

K.Sayns: “Mesaj verdim”

K.Sayns: “Mesaj verdim”

Müəllif: Rauf Hacıyev, redaktor

11:22 - 29 İyul, 2018

Renault komandasının sürücüsü Karlos Sayns bildirib ki, Macarıstandakı sıralanma turunda 5-ci olaraq mesaj verib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü sonucu dəfə 2015-ci ilin İspaniya Qran Prisində yarışa 5-ci yerdən başlamışdı.

Karlos Sayns: “Çox xoşbəxtəm. Çətin şəraitdə əla işlədik. Yağış başlayanda bilirdim ki, əlimə fürsət düşüb. Amma ilk dəfə idi ki, Renault ilə yağış təkərində sürürdüm. Son sessiyada trasda uzun müddət qalıb bolidi tanıdım. Hər şey qaydasında idi. Risk etdim, çünki yağış azala bilərdi. Üçüncü olduğumu gördüm və son cəhdimdə nəticəmi təkmilləşdirə bilmədim. Çünki təkərlərim tükənmişdi. Yeni təkərlə, bəlkə, sürətli ola bilərdim. Amma yenə də yaxşı qərarlar verdik.

Beləliklə, Red Bull və Renault-ya mesaj göndərdim. Yarışa böyük ehtimalla UltraSoft təkərlə çıxacağıq. Bu gün yağışın yağıb-yağmayacağını bilmirəm, amma bu həftəsonu çox sürətliyəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 98
Teqlər , , ,
Paylaş

logo