K.Sayns McLaren-lə müqavilə bağlayıb?

Bəzi idiialara əsasən, McLaren gələn il Alonsonun yerinə Karlos Saynsı gətirə bilər.

F-1.az xatırladır ki, Alonso mövsümün sonunda idmandan gedir. İkiqat Dünya Çempionu geri dönə biləcəyini desə də, gələn il idmanda olmayacaq.

Daniel Rikkardonun gələn il Renault-ya keçidinə görə yerini itirən Sayns isə McLaren-ə keçə bilər. ESPN iddia edir ki, 24 yaşlı sürücü McLaren-lə ikiillik müqavilə bağlayıb. Açıqlama isə tezliklə olacaq. Stoffel Vandorn isə komandada qalmaq üçün lazımi işi görüb. Lando Norris də Formula1-ə yüksəlmək üçün fürsət gözləyəcək.

Sayns üçün ilk seçimin Red Bull olacağı düşünülsə də, Avstriya təmsilçisi Pyer Qaslini transfer etmək istəyir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*