17 Dekabr 2017, Bazar - 10:13

K.Sayns: “McLaren-lə eyni gücdəyik”

K.Sayns: “McLaren-lə eyni gücdəyik”

Müəllif: Rauf Hacıyev, redaktor

12:22 - 26 İyul, 2016

Toro Rosso komandasının sürücüsü Karlos Sayns bildirib ki, Macarıstanda Fernando Alonso ilə eyni tempdə getdiyi üçün xoşbəxtdir…

F-1.az xatırladır ki, Fernando Alonso yarışa 7-ci yerdən başlayaraq, elə 7-ci yerdə də bitirmişdi. Sayns isə yarışa 6-cı yerdən başlamış və sonda 8-ci yeri tutmuşdu. Sayns yarış ərzində Alonso ilə eyni tempdə gedirdi.

Karlos Sayns: “Sağlam yarış idi. McLaren ilə eyni performansı göstərirdik. Buna görə də məmnunam. Fernando startda bizi keçdi. Burada ötmə etmək çətindir və Fernando vəziyyəti nəzarətdə saxladı. Amma komanda üçün yaxşı həftəsonu oldu. Komanda mövsümün ilk yarısını yaxşı tamamladı və buna görə də xoşbəxtik”.

McLaren Mühəndislər Kubokunda Toro Rosso ilə fərqi 7-yə endirib. Amma Sayns inanır ki, Almaniyaya gətirəcəkləri yeniliklərlə fərqi yenidən açacaqlar: “Almaniyada yeniliklərin olacağına və performans cəhətdən güclənəcəyimizə ümid edirəm. McLaren performans cəhətdən bizdən öndədir. Bu, bizi bir az narahat edir. Ancaq bunu kompensə etməyə çalışacayıq. Görək onları arxamızda saxlaya biləcəyikmi?”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 117
Teqlər , , ,
Paylaş

logo