K.Sayns karyerasının ən yaxşı dövrəsini vurub

Karlos Sayns bildirib ki, sıralanma turunun ikinci sessiyasında atdığı dövrə karyerası ərzində atdığı ən yaxşı dövrə olub...

F-1.az xatırladır ki, Sayns Sinqapur yarışından bəri üçüncü sessiyaya qala bilmirdi. Amma Toro Rosso Amerikada düzlüklərdə yavaş olmasına baxmayaraq ispaniyalı sürücü mükəmməl dövrə vuraraq son sessiyaya qala bilib.

Karlos Sayns: “Bu cür dövrələri tez-tez vura bilməzsiniz. Bundan çox razıyam. Bu dövrəmi gələcəkdə də xatırlayacam. Böyük ehtimalla karyeramın ən yaxşı dövrəsi idi. Bilirəm ki, mükəmməl dövrə idi”.

İspaniyalı sürücü bildirib ki, bu həftə ilk onluğa girmək Toro Rosso-nun planında olmayıb: “Bizim üçün böyük sürpriz oldu. Bu cür traslarda 14-16-cı yerləri tutardıq. Amma bol düzlüklü trasda son sessiyaya qalmağı gözləmirdik. Çox xoşbəxtik”

Amma Sayns əlavə edib ki, ilk onluqda start almaq ona strategiya seçməyə mane olacaq: “11-ci yerdən başlayan sürücü strategiya seçəcək və təmiz tərəfdən start alacaq. Force İndia yarıç tempinə və strategiyasına görə bizdən üstün olacaq. Buna görə də yarışdan xal almaq çətin olacaq.

Biz bura gələndə strategiyanı özümüzün seçəcəyimizi planlaşdırmışdıq. Amma indi buna haqqımız yoxdur. Buna görə də əlimizdəki alternativləri dəyərləndirəcəyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*