19 Dekabr 2018, Çərşənbə - 10:15

K.Sayns: “İspaniya mənim üçün xüsusidir”

K.Sayns: “İspaniya mənim üçün xüsusidir”

Müəllif: Rauf Hacıyev, redaktor

12:13 - 08 May, 2018

Renault komandasının sürücüsü Karlos Sayns bildirib ki, Barselonadakı yarışı səbirsizliklə gözləyir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü vətənindəki bütün yarışlardan xalla ayrıla bilib. 24 yaşlı sürücü Renault komandası ilə ilk dəfə doğma publikasının önünə çıxacaq.

Karlos Sayns: “Mənim üçün mövsümün ən xüsusi yarışı olacaq. Digər yarışlara nisbətən fərqlidir. İndiyə kimi üç dəfə İspaniyada yarışdım və hamısı mənim üçün vacib idi. Gözəl nəticələr aldığım üçün xoşbəxtəm. Burada fanatların yaxşı dəstəyi var və onlarla birlikdə özümü çox gözəl hiss edirəm. Ümid edirəm ki, bu həftəsonu da xal alaram. Barselona trasını kiçik yaşdan bəri çox yaxşı tanıyıram və burada testlər olduğu üçün sürücülər mövsümboyu burada daha çox məsafə qət edirlər. Buna görə də çətin və yaxın mübarizə gözləyirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 131
Teqlər , , , ,
Paylaş

logo