K.Sayns: “İnsanlar məndən uğur gözləyirlər”

Toro Rosso komandasının sürücüsü Karlos Sayns bildirib ki, insanlar onu güclü sürücü hesab edirlər və buna görə də sevinclidir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü 3 mövsümdür ki, Toro Rosso komandasında çıxış edir və gözəl performans göstərir. İspaniyalı sürücünün adı Renault, Ferrari və Mercedes kimi komandalarla hallansa da, Horner 22 yaşlı sürücünün başqa komandaya keçidinə icazə vermir.

Karlos Sayns: “Əksər fanlar artıq məni tanıyırlar. Onlar istəyirlər ki, daha güclü bolidim olsun və qələbələr uğrunda mübarizə aparım. Bu cür fikirlər məni qürurlandırır. Toro Rosso komandasının mənə layiq olmadığını düşünmürəm, çünki böyük komandadır və güclü texniki heyət ilə daha yaxşı işlər görə biləcəklərini göstərirlər. Böyük komandalar Ceyms Kini transfer etmək istəyirlər. Büdcəmiz yüksək olmasa da, işləri qaydaya salmağa bəs edir. Bu gün olduğum yerə görə çox xoşbəxtəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*