21 Sentyabr 2018, Cümə - 00:37

K.Sayns: “Hədəfim Red Bull-a keçməkdir”

K.Sayns: “Hədəfim Red Bull-a keçməkdir”

Müəllif: Elçin Zodorov, redaktor

11:42 - 09 Mart, 2016

Toro Rosso komandası, adətən, yaxşı təsir bağışlayan gənc pilotlarını “böyük qardaş”-ı Red Bull-a verir. Özünü doğrulda bilməyən pilotlar isə Formula1-lə vidalaşmalı olurlar…

F-1.az xəbər verir ki, Maks Ferstappen və Karlos Sayns bu mövsüm 2-ci dəfə Toro Rosso üçün mübarizə aparacaqlar. Onlardan hansı yaxşı təsir bağışlasa, 2017-ci ildə və ya daha sonra Red Bull-a keçə bilər.

Komandanın gənc ispaniyalı pilotu Karls Sayns  Revista Elite Sport-a gələcək karyerası barədə danışıb: “Nə etməli olduğumu bilirəm. Hədəfim və məqsədim Red Bull-da yarışmaqdır. Toro Rosso-dasınızsa, adətən 2-3 il burda qalırsız. Mən də bunu başa düşürəm.

Nə olur olsun, sürüş tərzimi dəyişdirməyəcəm. Əlimdən gələni edəcəm. Amma mən düşünürəm ki, artıq özümü isbat etmişəm. Maks ilə aramda elə bir fərq görmürəm. Keçən il bəlkə də ekranlarda görünmədim, amma çox şeylər etmişəm. Əvvəl də demişəm, yenə də deyirəm: Maksa hər kəs Senna deyir. Bəs onu məğlub etsəm mən kim oluram? İtirəcəyim heç bir şey yoxdur”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 311
Teqlər , , , ,
Paylaş

logo