23 Oktyabr 2018, Çərşənbə axşamı - 03:49

K.Sayns: “Görüləcək işlər çoxdur”

K.Sayns: “Görüləcək işlər çoxdur”

Müəllif: Rauf Hacıyev, redaktor

18:22 - 05 May, 2018

Renault komandasının sürücüsü Karlos Sayns bildirib ki, görüləcək işlər çoxdur.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Bakıda 5-ci yeri tutmuş və bu nəticə “sarılar”ın 2016-cı ildə idmana qayıtdıqdan sonra ən yüksək nəticəsi olmuşdu.

Karlos Sayns: “Hələ çox iş görməliyik. Xüsusən də sıralanma turunda Niko kimi cibimdən 0.2 saniyə çıxara bilməliyəm. Yarışlarda bir-birimizə çox yaxın oluruq. Əgər boliddə özümü rahat hiss etməyərək 5-ci yeri tuta bilirəmsə, bu problemi həll etdikdən sonra daha yaxşı nəticələr gələ bilər. Ön qrupla xal fərqi hələ də çoxdur. Bu fərqi azaltsaq da, onlarla mübarizə aparacaq gücümüz yoxdur. Məqsədimiz hər yarışa ilk onluqdan başlamaqdır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 116
Teqlər , , , , ,
Paylaş

logo