17 Dekabr 2017, Bazar - 10:20

K.Sayns: “Gələn il üçün təkərlər çox vacib olacaq”

K.Sayns: “Gələn il üçün təkərlər çox vacib olacaq”

Müəllif: Rauf Hacıyev, redaktor

11:58 - 06 Oktyabr, 2016

Toro Rosso komandasının sürücüsü Karlos Sayns bildirib ki, 2017-ci ildəki ən önəmli dəyişiklik Pirelli təkərləridir.

F-1.az xatırladır ki, 2017-ci ildə bolidlərin dizaynında radikal dəyişikliklər olacaq. Karlos Sayns düşünür ki, sürücülər bu dəyişiklikləri bəyənəcəklər: “Əgər simulyatorda gördüyümüz asfalta yatma qüvvəsi, aerodinamika və təkərlərlə bağlı rəqəmlər real olsa, bolidlər daha sürətli olacaqlar. Bolidlər mövsümün əvvəlində 3, sonra 4, daha sonra isə 5 saniyə sürətli olacaqlar. Bu dəqiqdir ki, sürücülər əvvəlki illərə nisbətən daha çox həzz alacaqlar”.

Ancaq müasir Formula1-də bolidlərin potensialını düşünsək, görərik ki, sürücülər yenə də təkərlərə və yanacağa qənaət etməlidirlər. Jurnalistlər Saynsdan 2017-ci ildə bu halın düzəlib-düzəlməyəcəyini soruşublar: “F1-in fəlsəfəsinin dəyişib-dəyişməyəcəyini bilmirəm. Bolidlərdə 5 litr çox yanacaq olacaq. Amma Pirelli fəlsəfəsini dəyişməsə, vəziyyət 2005 və 2006-cı ildən fərqli olmayacaq. Belə olan halda ən əsas kriteriya Pirelli təkərləridir. Çünki biz 5 litr artıq yanacağı hiss etməyəcəyik. Amma təkərlər çox önəmlidir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 102
Teqlər , ,
Paylaş

logo