26 Sentyabr 2018, Çərşənbə - 03:00

K.Sayns: “Ferrari və Mercedes güclüdürlər”

K.Sayns: “Ferrari və Mercedes güclüdürlər”

Müəllif: Rauf Hacıyev, redaktor

08:12 - 03 Mart, 2018

Renault komandasının sürücüsü Karlos Sayns bildirib ki, Ferrari və Mercedes hələ də çox güclüdürlər.

F-1.az xatırladır ki, ispaniyalı sürücü testlərin son günündə 50 dövrə vuraraq, lider Həmiltondan 1.6 saniyə geri qalıb.

Karlos Sayns: “Deyəsən, bu il də əsas mübarizə Ferrari və Mercedes arasında olacaq. Lyuisin nəticəsi hamımızı qorxutdu və buna Medium təkərlə nail oldu. Şərh vermək üçün tez olsa da, Avstraliyada poul uğrunda mübarizə Həmiltonla Ferrari sürücüləri arasında olacaq. McLaren, Renault və Red Bull üçün qələbə qazanmaq çətin olacaq. Çünki öndəki komandalar çox güclüdürlər. Hamı podiumu düşünür, amma 1-ci yarış podiuma çıxıb sonra geriləməkdənsə, bütün mövsüm stabil nəticə göstərmək daha yaxşıdır. Hədəfim 21 yarışdan da yaxşı nəticə ilə qayıtmaqdır.

Niko doğrudan da güclü sürücüdür. Xüsusən də, sıralanma turunda çox güclüdür, amma özümə güvənirəm və il ərzində komandanı irəli aparacağıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 168
Teqlər ,
Paylaş

logo