K.Sayns: “Ən gözəl günüm idi”

Toro Rosso komandasının sürücüsü Karlos Sayns bildirib ki, Sinqapur yarışı Formula1-də ən gözəl günü olub.

F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışa 10-cu yerdən başlasa da, birinci döngədə yaşanan insidentdən istifadə edərək, yarışı 4-cü yerdə bitirib.

Karlos Sayns: “Yarışın mənim üçün ən çətin hissəsi SuperSoft təkərlərə keçdikdən sonra oldu. Nikonun önündə qalmaq üçün hər şey etdim, amma daha sonra Serxio ilə mübarizə aparmalı olduq. Onunla yarışmaq çətin idi, çünki yarış templəri bizdən daha yaxşı idi və daha sürətli təkərlərə sahib idi. Bundan sonra güzgülərə baxaraq, vəziyyətə nəzarət etməyə başladım. Yarışdan sonra evə qayıtmaq üçün təyyarə biletim var idi, amma bunu ləğv edib, günün dadını çıxarmağa qərar verdim. Mükəmməl nəticə əldə etdik və komandada hər kəsə təşəkkür edirəm. Bundan sonra tempimizi davam etdirərək, mövsümü ən yaxşı yerdə bitirməliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*