K.Sayns: “Boliddən maksimumu çıxardım”

Toro Rosso komandasının sürücüsü Karlos Sayns bildirib ki, Barselonada sıralanma turunda boliddən maksimumu çıxarsa da, 12-ci yerdən yaxşı nəticə əldə edə bilməyib.

F-1.az bildirir ki, öz publikası önündə sıralanma turunun son sessiyasına qala bilməyən Karlos Sayns məyusluğunu gizlədə bilməyib: “Sıralanma turunun ikinci sessiyasındakı cəhdlərimdə eyni nəticələri göstərəndən sonra anladım ki, bu bolidlə daha yaxşısını edə bilmərəm. İndi isə oturub harada güclü ola biləcəyimizi araşdırmalıyıq. Asfaltla ilişmədə problemlərimiz var idi və mühərriyimiz də zəif idi. Ümumilikdə isə, gördüyüm işdən razıyam. Sabah xal qazanmaq üçün 66 dövrəlik yarış bizi gözləyir və gözəl strategiya ilə hər şey mümkündür”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*