K.Sayns: “Barəmdə mətbuatın az yazması məni maraqlandırmır”

Karlos Sayns beynəlxalq mətbuatda populyar olmadığını bilir, amma buna görə narahat deyil.

F-1.az xatırladır ki, Sayns Formula1 karyerasına 2015-ci ildə başlayıb və paddokda çox adamın hörmətini qazanıb. Amma ispaniyalının sabiq komanda yoldaşı Ferstappen Red Bull-a transfer olunmuş və bəzi yarışlarda göstərdiyi preformansa görə Senna kimi əfsanə ilə müqayisə edilmişdi.

Karlos Sayns: “Beynəlxalq mediada mənim barədə az danışmaqları məni məyus etmir. Nəticədə gördüyüm işdən razıyam və insanlar da mənim gördüyüm işdən razıdırlar. Ən vacibi də budur”.

Sayns Toro Rosso komandasının texniki direktoru Ceyms Ki barədə də danışıb: “Mətbuatda tez-tez şayiələr çıxır və biz bunlara öyrəşmişik. Qeyri-adi hal baş verməsə, Ceyms komandada qalacaq. Amma gələnilki bolidin böyük hissəsi artlq tamamlanıb və buna görə də rahatam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*