K.Sayns: “Alonsodan çox şey öyrənmişəm”

Toro Rosso komandasının sürücüsü Karlos Sayns bildirib ki, Monako Qran Prisi onun üçün xüsusidir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü keçən il Monakoda podium qazanmağa yaxın olsa da, komandasının pit-stopdakı səhvinə görə 8-ci yerlə kifayətlənməli olmuşdu.

Karlos Sayns: “Monakoda ilk dəfə 2013-cü ildə yarışmışam. Bu tras xüsusidir. O vaxt Fernando mənə trasla bağlı bəzi ip ucları vermişdi və bunlar hələ də ağlımdadır. Divarlara yaxın olmaq sizi həmişə diqqətli olmağa məcbur edir, çünki xırda səhv sizin divara çırpılmağınıza səbəb ola bilər. Lakin risk almayaraq maksimum həddə getməsəniz, sürətli dövrə vura bilməzsiniz. Mən də həmişə bunu etməyə çalışıram. Bütün gücümü trasa qoyaraq, maksimumu almağa çalışıram. Burada yaxşı nəticə almaq üçün yarışa yaxşı yerdən başlamaq lazımdır. Bütün komandalar kimi biz də sıralanma turuna üstünlük verəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*