11 Dekabr 2017, Bazar ertəsi - 04:19

K.Sayns Alonso ilə çempionluq uğrunda mübarizə aparmaq istəyir

K.Sayns Alonso ilə çempionluq uğrunda mübarizə aparmaq istəyir

Müəllif: Rauf Hacıyev, redaktor

16:07 - 12 May, 2017

Toro Rosso komandasının sürücüsü Karlos Sayns bildirib ki, dördüncü yer uğrunda mübarizə apara bilərlər.

F-1.az xatırladır ki, Toro Rosso komandası hazırda 13 xalla 6-cı yerdədir və 4-cü yerdəki Force İndia-dan 18 xal geri qalırlar.

Karlos Sayns: “Məncə, orta qrupdakı mübarizədən qalib ayrıla bilərik. Mövsümün əvvəlində hədəfimiz beşincilik idi, amma hazırda 5 komanda 4-cü yer uğrunda mübarizə aparır. Hazırda Williams orta qrupda ən güclü komanda kimi görünür. Red Bull komandasına daha yaxındırlar. Amma addım-addım irəli gedirik və şansımızı özümüz yaradırıq. Komandamın 13, mənim isə 11 xalım var. Ümid edirəm ki, İspaniyaya gətirdiyimiz yeniliklərlə onlara bir az da yaxınlaşarıq.

Formamdan razıyam. Bu il karyeramın ən yaxşı başlanğıcını etmişəm. Təcrübəm kömək etsə də, həm yarışda, həm də sıralanma turunda daha yaxşı olduğumuzu düşünürəm. Buna görə də şikayət edə bilmərəm. Mövsümə əla başladıq və belə davam etməliyik. Ümid edirəm ki, yeniliklərimiz digər komandaların yeniliklərindən yaxşı olar.

Mercedes, Ferrari və Red Bull-un gətirdiyi yeniliklərlə maraqlanmıram, çünki onlar başqa səviyyədə yarışırlar. Büdcələri çoxdur və performansları güclüdür. Tək istədiyim odur ki, bizim yeniliklərimiz bizə ehtiyacamız olan saniyələri qazandırsın və Williams, McLaren, Haas və Renault kimi komandaların yenilikləri işləməsin.

Sözün açığı, Alonso barədə sizin kimi düşünürəm. O, sahib olduğu istedada görə Dünya Çempionu titulu uğrunda mübarizə aparmalı idi. Amma neçə illərdir ki, əlinə bu şans düşmür. Ümid edirəm ki, bir gün layiq olduğu yerə qayıdar. Əminəm ki, çempionluq uğrunda mübarizə aparıb yaxşı nəticə alacaq. Ümid edirəm ki, mən də onunla mübarizə apararam”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 830
Teqlər , , , ,
Paylaş

logo