22 Noyabr 2017, Çərşənbə - 12:56

K.Rəykkönenin hədəfi yaxşı startdır

K.Rəykkönenin hədəfi yaxşı startdır

Müəllif: Rauf Hacıyev, redaktor

10:13 - 12 Noyabr, 2017

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, yarışda saha yaxşı performans göstərə bilərlər.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Braziliyada sıralanma turunda 3-cü yeri tutub.

Kimi Rəykkönen: “Boliddən razı idim. Təkərlər işləməyə başlayanda hər şey daha da asanlaşdı. Amma trafik işimizi çətinləşdirdi. Təkərləri bloklamadan dövrə atmalısınız. İlk döngədə bunu etmək çətin idi. Asan olmasa da, yaxşı yerdəyik. Bizi uzun yarış gözləyir və ilk dövrədə əlimizdən gələni edəcəyik.

Ümumilikdə, bolid yaxşı işlədi və son sessiyada sürətli ola bildim. Təkərlər ideal olmasa da, pis də deyil”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 7. 459
Teqlər , , ,
Paylaş

logo