20 Oktyabr 2017, Cümə - 09:08

K.Rəykkönen: “Xırda detallar nəticəni təyin etdi”

K.Rəykkönen: “Xırda detallar nəticəni təyin etdi”

Müəllif: Rauf Hacıyev, redaktor

19:38 - 30 Aprel, 2017

Rusiya yarışında bu mövsümi ilk podiumunu əldə edən Kimi Rəykkönen bildirib ki, xırdalıqlar yarışın nəticəsinə təsir edib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışa 2-ci yerdən başlasa da, startda həmyerlisi Bottasın gerisində qalaraq, 3-cü yerə düşüb və yarışboyu yuxarı pillələrə yüksələ bilməyib.

Kimi Rəykkönen: “Bu gün çox pis start aldım və idealdan çox uzaqda idi. Amma bu həftəsonu irəliyə doğru addımlar ata bildik. Üçüncü yeri tutsam da, bolid yaxşı performans göstərdi. Startdan sonra bir müddət bolidin ideal vəziyyətə gəlməsini gözlədim və o anda öndəkilər fərqi artırdılar. Yarışdakı nəticəni xırda detallar təyin etdi. Hər şeyi bir araya gətirsək, zirvəyə qayıdacağımıza inanıram. Barselonada ən öndə olmaq üçün işləməyə davam edəcəyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 344
Teqlər , , , ,
Paylaş

logo