K.Rəykkönen: “Üçüncü yer mənim üçün nailiyyət deyil”

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, sürücülər çempionatını 3-cü yerdə bitirmək onun üçün vacib deyil.

F-1.az xatırladır ki, Rəykkönen hazırda Rikkardodan 44 xal geridə qalır və 4-cü pillədədir. Mövsümün bitməsinə isə 5 yarış qalıb.

Kimi Rəykkönen: “Fettel və Ferstappenin önündə olmaq mənim üçün fərq etmir. Biz qalib gəlmək üçün buradayıq və etmək istədiyim şey budur. Qalib gəlməkdən başqa heç nə məni maraqlandırmır. Ferrari-dəki uşaqlar bunu etmək üçün işləyirlər. İkincilik və üçüncülük yaxşıdır, amma mənim üçün uğur deyil.

Bu mövsüm çox yaxşı oldu. Hər şey yaxşı işləyirdi. Amma yenidən qalib gəlmək üçün mübarizəyə davam etməliyik. İstədiyimiz sürətdə deyilik. Əminik ki, ön qrupa qayıdacayıq. Amma bunu bacarmaq üçün vaxt lazımdır. Son bir neçə ilə nisbətən daha güclüyük. Amma hələ də istədiyimiz yerdə deyilik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*