K.Rəykkönen: “Təqvim bizim üçün əlverişli deyil”

Kimi Rəykkönen bildirib ki, 2016-cı il Formula1 təqvimi Ferrari üçün əlverişli olmadığı üçün geridə qalıblar.

F-1.az xəbər verir ki, Rəykkönen Mercedes və Red Bull-un hazırkı uğurlarını labüd saysa da, yenə də əllərindən gələni edəcəklərini bildirib: “Biz əmin idik ki, bəzi traslar bizim üçün əlverişli olacaq, amma bu yarışların tarixi dəyişdirildi və mövsümün sonuna salındı. Biz də bizim üçün əlverişli olmayan traslarda mövsümü açmaq məcburiyyətində qaldıq.

Sadəcə nəticələrə baxmaq bəs edir. Təbii ki, nəticələrimizdən razı deyilik. İnkişaf etmək istəyirik və bilirik ki, hansı sahələrdə inkişaf etməliyik. Amma inkişaf etmək asan deyil. Elə olsaydı, bütün komandalar qələbələr qazanardılar. İşləməyə davam edirik. Sonrakı yarışlarda daha güclü olacağımızdan əminik. Hər yarışda qələbə dublu etməyənə qədər razı qala bilmərik. Bizim hədəfimiz budur və ümid edirəm ki, qısa müddət ərzində bu hədəfimizə çatarıq”.

Finlandiyalı sürücü bu mövsüm yarış qazana bilməsə də, bildirib ki, bu mövsüm keçənilkindən güclüdürlər. Xatırladaq ki, Ferrari 2015-ci ildə 3 qələbə qazanmışdı.

Kimi Rəykkönen: “İnsanlar keçənilki kimi güclü oladığımızı deyirlər. Qələbə sayına baxanda, haqlıdırlar, amma nəticələrə baxaraq, söz demək həmişə doğru deyil.

Ancaq Formula1 belədir. Həmişə inkişaf etmək və qazanmaq istəyərsiniz. Əgər işlər əvvəlki ilə nisbətən pis gedirsə, onda ancaq nəticələrə baxırsınız. Amma bütün bunlara baxmayaraq, əminəm ki, builki bolidimiz daha güclüdür”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*