21 Sentyabr 2017, Cümə axşamı - 12:51

K.Rəykkönen: “Səhvimin cəzasını çəkirəm”

K.Rəykkönen: “Səhvimin cəzasını çəkirəm”

Müəllif: Rauf Hacıyev, redaktor

23:24 - 10 İyun, 2017

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, sıralanma turunda son cəhdində buraxdığı səhvinin cəzasını çəkib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Kanadada liderdən 0.7 saniyə geri qalaraq, 4-cü olub.

Kimi Rəykkönen: “Son dövrədə çox sürətli idim, amma ikinci döngədə səhv etdim. Nəticəmi bir az yaxşılaşdırsam da, yaxşı dövrə vura bilmədim və bunun cəzasını çəkirəm. Təkərləri bu gün işlətməkdə çətinlik çəkdik, lakin işlər belə gedir.

Bu cür yerlərdə 1 döngədə səhv etsəniz, çox vaxt itirərsiniz. Bolidimiz yaxşı idi, amma səbəbini bilmədən sıralanma turunda problem yaşadıq. Burada yarışlar gərgin keçir. Nə baş verəcəyini əvvəlcədən proqnozlaşdıra bilmirsiniz. Əlimizdən gələni edəcəyik. Yarışda yaxşı tempimiz olacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 093
Teqlər , , ,
Paylaş

logo