K.Rəykkönen Sauber-ə keçir?

İsveçrə mətbuatının verdiyi xəbərə əsasən, Kimi Rəykkönen gələn ildən etibarən Sauber komandasının şərəfini qoruya bilər.

F-1.az bildirir ki, finlandiyalı sürücü 2001-ci ildə Sauber komandası ilə Formula1-də ilk addımlarını atmış və daha sonra McLaren, Ferrari və Lotus kimi komandaların şərəfini qoruymuşdu. 2007-ci ilin Dünya Çempionu 2014-cü ildən yenidən Ferrari komandasına keçib və hazırda “qırmızlar”ın uğuru üçün çalışır.

Rəykkönen hazırda yarışdığı Ferrari-də 140 yarışa çıxıb və 6 poul, 9 qələbə, 46 podium və 23 sürətli dövrə əldə edib. Sebastyan Fettel bu mövsüm yaxşı çıxış edir və 4 dəfə qalib gəlib. Rəykkönen də yaxşı çıxış etsə də, qələbə qazana bilməməsi italyan təmsilçisini düşündürür. Bəzi iddialara əsasən, Kimi gələn il Lekler ilə yer dəyişdirməsə, McLaren-ə keçəcək.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*