17 Dekabr 2017, Bazar - 10:19

K.Rəykkönen Rosberq ilə təmasdan sonra hər dövrə 0.3 saniyə itirib

K.Rəykkönen Rosberq ilə təmasdan sonra hər dövrə 0.3 saniyə itirib

Müəllif: Rauf Hacıyev, redaktor

15:08 - 03 Oktyabr, 2016

Ferrari komandası bildirib ki, Rəykkönen Rosberqlə insident yaşadıqdan sonra dövrə başına 0.3 saniyə itirib…

F-1.az xatırladır ki, Rosberq ikinci döngədə Rəykkönenə sərt hücum edmişdi və nəticədə finlandiyalı sürücü ilə təmas yaşamışdı. Almaniyalı sürücü bu insidentə görə 10 saniyə cəza alsa da, yarışın finiş xəttini ən yaxın izləyicisi Rəykkönendən 13 saniyə irəlidə keçmişdi.

Ferrari komandasının rəhbəri Mauritsio Arrivabene bildirib ki, bu insident Rəykkönenin bolidinə zərər verib: “Nikonun təmasından sonra altlığın və ön qanadın bir hissəsini itirdik. Mühəndislərimizlə hesabladıq və 10 dərəcə asfalta yatma qüvvəsi itirdiyimiz üzə çıxdı. Bu da dövrə başına 0.3 saniyədir. Buna görə də Rosberqə çatmaq qeyri-mümkün idi.

Rəykkönen zədəli bolidə baxmayaraq, yaxşı dövrələr vurdu. Biz də komanda körpüsündən əlimizdən gələn köməyi etdik. Kiminin podiuma çıxa bilməməsi məyusedicidir. O təmasdan sonra bütün şansını itirdi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 116
Teqlər , , , ,
Paylaş

logo