K.Rəykkönen: “Riyazi olaraq şansım qalmasa, Fettelə kömək edəcəm”

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, çempionluq şansı qalmayandan sonra komanda yoldaşı Fettelə sevə-sevə kömək edəcək.

F-1.az xatırladır ki, Sebastyan Fettel çempionatda ən yaxın rəqibi Həmiltonu 12 xal qabaqlayaraq, turnir cədvəlinin zirvəsində qərarlaşıb. Kimi Rəykkönen isə almaniyalı sürücüdən 68 xal geridə qalaraq, 4-cü yeri tutur. Finlandiyalı sürücünün ən yaxşı nəticəsi Monakodakı ikincilik olub.

Kimi Rəykkönen: “Komanda daxilində edəcəklərimiz və etməyəcəklərimiz mövzusunda bəzi qaydalarımız var. Komanda o qaydalara görə bizdən etməli olduğumuz şeyləri istəyir. Komanda daxili söhbətləri mətbuatda danışmaq istəmirəm. Komanda rəhbərimiz Mauritsio bəzi şeylər dedi və heç nə dəyişmədi. İşlədiyim bütün komandalarda belə oldu. Riyazi cəhətdən çempionluq şansım qalmasa, təbii ki, Fettelə kömək edəcəm. Bu mövzuda problem yoxdur və keçmişdə də olmadı. Qərar hamımız üçün çox asan olur. Ən azından bizim komandamızda belədir. Mənim əsas məqsədim Ferrari ilə zirvədə olmaqdır. Seb qazanırsa və mənim şansım olmursa, o zaman elə olacaq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*