K.Rəykkönen qız atası olacaq?

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen və yoldaşı Minttu növbəti övladlarının doğulmasını gözləyirlər.

F-1.az xatırladır ki, keçən ilin yayında evlənmiş cütün Robin adlı 2 yaşlı oğlan övladları var. Minttu dekabr ayında bir uşaq gözlədiyini demişdi.

Çıxan xəbərlərə əsasən, uşağın cinsi məlum olub. Finlandiya mətbuatı xəbər verir ki, Rəykkönen ailəsinin yeni üzvü qız olacaq və adı “R” hərfi ilə başlayacaq. Uşağın yazda dünyaya gəlməsi gözlənilir.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*