21 Sentyabr 2018, Cümə - 04:19

K.Rəykkönen: “Qəza mənim səhvimdən oldu”

K.Rəykkönen: “Qəza mənim səhvimdən oldu”

Müəllif: Rauf Hacıyev, redaktor

20:55 - 08 İyul, 2018

Ferrari komandasının sürücüsü Kimi rəykkönen bildirib ki, yarışın startında aldığı cəzaya layiq olub.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Britaniyada startdan sonra Həmiltonla mübarizə apararkən rəqibinə təmas edib və buna görə 10 saniyəlik cəza alıb. 2007-ci ilin Dünya Çempionu bundan sonra gerilərə düşsə də, əzmkarlıq göstərərək, yarışı 3-cü yerdə bitirib.

Kimi Rəykkönen: “Üçüncü döngədə təkərlər bloklandı və Lyuisə çırpıldım. O da yerində fırlandı. Sözün açığı mənim səhvim idi. Amma bəzən belə olur. Öz səhvimüzündən meydana gələn qəzaya görə məyusam. Cəzaya layiq idim. Pitdə 10 saniyə gözlədikdən sonra yenidən mübarizə aparmağa çalışdım. Təbii ki, səhv etməsəydim, daha yaxşı nəticə mümkün idi. Amma əlimdən gələni etdim və artıq nəticəni dəyişə bilmərik. Qəzanı hamı bir cür dəyərləndirəcək, lakin əlimdən heç nə gəlmir. Komanda olaraq əla nəticə aldıq və bu, önəmli idi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 101
Teqlər , , ,
Paylaş

logo