23 Sentyabr 2018, Bazar - 00:59

K.Rəykkönen: “Qəza edə bilərdim”

K.Rəykkönen: “Qəza edə bilərdim”

Müəllif: Rauf Hacıyev, redaktor

21:25 - 26 Avqust, 2018

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, yarışa davam edəcəyi halda qəza törədə bilərdi.

F-1.az xatırladır ki, yarışa 6-cı yerdən başlayan finlandiyalı sürücünün arxadan Daniel Rikkardonun çırpılması nəticəsində təkəri partlayıb və arxa qanadı qırılıb. 38 yaşlı sürücü arxa qanadındakı problemə görə mübarizəni dayandırmalı olub.

Kimi Rəykkönen: “Kimsə mənə arxadan çırpıldı. Nəticədə arxa təkərlərim və arxa qanadım zədələndi. Yarışım o an bitdi. Trasa qayıtsam da, maşının tempi yox idi. Pitə qayıdanda bolidin çox ciddi zədələndiyini gördüm. Bundan başqa DRS özbaşına açılırdı. Bəzən isə açılmırdı. Belə davam etsəydim, təhlükəli olardı. Mühərriyin problem görməsini istəmədik. Əgər qəza olsaydı, güc qurğusu da sıradan çıxardı”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 141
Teqlər , , ,
Paylaş

logo