15 Dekabr 2017, Cümə - 18:11

K.Rəykkönen: “Problemlər çox qəribədir”

K.Rəykkönen: “Problemlər çox qəribədir”

Müəllif: Rauf Hacıyev, redaktor

14:20 - 09 Oktyabr, 2017

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, Malayziyadan sonra Yaponiyada da mühərrik problemi yaşamaları qəribədir.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Malayziyada mühərrik probleminə görə start ala bilməmişdi. Yaponiyada isə Fettel 4 dövrədən sonra mübarizəni dayandırmalı olmuşdu.

Kimi Rəykkönen: “Sözün açığı, son iki yarışda nələr olduğunu anlamalıyıq. Əvvəlcə mənim bolidim Malayziyada problem yaşadı və start ala bilmədim. Bu həftə isə Sebastyanın bolidində oxşar problem meydana gəldi. Bu gözlədiyimiz şey deyil, amma qısa müddət ərzində problemi həll etməliyik. Bolidimiz yaxşıdır, amma qalib gəlmədiyimiz halda bunun mənası yoxdur. Ümid edirəm ki, növbəti 4 yarışda problem yaşamarıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 561
Teqlər , , ,
Paylaş

logo