K.Rəykkönen: “Prezidentlə aram yaxşıdır”

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, şirkətin prezidenti Sercio Markionne ilə arası yaxşıdır.

F-1.az xatırladır ki, finlandiyalı sürücü bu il həm sıralanma turunda, həm də yarışda komanda yoldaşı Sebastyan Fetteldən geri qalıb. Almaniyalı sürücü bu mövsüm iki qələbə qazandığı halda, Rəykkönen podiuma belə yüksələ bilməyib.

Kimi Rəykkönen: “Bu yaxınlarda Sercio ilə danışdım. Aramızda heç bir problem yoxdur. Komanda məndən gözəl nəticələr gözləyir. Mən də bunu istəyirəm, amma hələ də istədiyimə nail ola bilmirəm. Problemləri bilirəm və ən qısa müddətdə həll etməyə çalışacağıq. Hazırda gələcəyim barədə heç nə deyə bilmirəm. Çox şey yazılır, amma mən bunlara baş qoşmaq istəmirəm. Son qərarı Ferrari verəcək və onlar rəsmi açıqlama verməmiş heç nəyə inanmaq lazım deyil. Ancaq növbəti yarış barədə düşünürəm. Komanda ilə münasibətim yaxşıdır və gözəl nəticələrlə onları sevindirmək istəyirəm”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*