17 Dekabr 2017, Bazar - 04:35

K.Rəykkönen: “Poulu cüzi fərqlə əldən vermək pis oldu”

K.Rəykkönen: “Poulu cüzi fərqlə əldən vermək pis oldu”

Müəllif: Rauf Hacıyev, redaktor

15:00 - 30 Sentyabr, 2017

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen cüzi fərqlə poulu əldən verdikdən sonra məyus olduğunu bildirib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü 0.045 saniyə fərqlə poulu əldən verərək, ikinci yeri tutub.

Kimi Rəykkönen: “Poulu cüzi fərqlə əldən vermək məyus edir. Boliddəki bütün performansı ortaya qoymağa çalışdım, amma qüsursuz bir dövrə olmadı. Etdiyim kiçik səhvlər mənə baha başa gəldi. Bolid cümə günündən etibarən rəqabətədavamlıdır və yarışı qazanmaq şansımız var. Birinci döngəyə qədər önümüzdə uzun məsafə var və yaxşı startla lidelriyə yüksələ bilərik. İlk 3 döngəyə qədər mübarizə davam edəcək və mən əlimdən gələni edəcəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 171
Teqlər , , ,
Paylaş

logo