11 Dekabr 2017, Bazar ertəsi - 04:14

K.Rəykkönen: “Poul ovcumdan getdi”

K.Rəykkönen: “Poul ovcumdan getdi”

Müəllif: Rauf Hacıyev, redaktor

18:21 - 29 Aprel, 2017

Rusiya Qran Prisinin sıralanma turunda ikinci yeri tutan Kimi Rəykkönen bildirib ki, əlində yaxşı imkanı olsa da, son anda əldən verib.

F-1.az xatırladır ki, finlündiyalı sürücü son cəhdində poula çox yaxın olsa da, son sektordakı səhvinə görə bu şansı əldən qaçırıb və komanda yoldaşı Fetteldən 0.059 saniyə geridə qalaraq, ikinci olub.

Qeyd edək ki, 37 yaşlı sürücü son poulunu 2008-ci ildə Fransa Qran Prisində qazanmışdı.

Kimi Rəykkönen: “Burada cümə günündən etibarən tempimiz yüksək idi və buna görə də hədəfim poul idi. Heyif ki, son cəhdimdən əvvəlki qızdırma dövrəmdə traffikə düşdüm və təkərləri ideal temperatura çatdıra bilmədim. Bilirdim ki, çox yaxın mübarizə olacaq. Son sektorda əlimdən gələni etdim, amma Sebastyanı qabaqlamaq üçün lazımi nəticəni əldə edə bilmədim. Yenə də nəticədən razıyam. Uzun müddətdən sonra ilk iki yeri tutduq, ancaq əsl yarış sabahdır. Ümid edirəm ki, problem yaşamarıq və dubl edərik”

Xatırladaq ki, Ferrari 2008-ci ilin Fransa yarışından sonra ilk dəfə birinci cərgədən start alacaq. Qırmızılar həmin yarışda dubl etmişdilər. Bəs görəsən italyanlar sabah da bu uğuru təkrarlaya biləcəklərmi?


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 563
Teqlər , , , ,
Paylaş

logo