17 Dekabr 2018, Bazar ertəsi - 16:33

K.Rəykkönen podiuma yüksəldiyi üçün xoşbəxtdir

K.Rəykkönen podiuma yüksəldiyi üçün xoşbəxtdir

Müəllif: Rauf Hacıyev, redaktor

21:57 - 24 İyun, 2018

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, podiuma yüksəldiyi üçün xoşbəxtdir.

F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışda 6-cı yerdən start alsa da, Fettellə Bottasın birinci döngədəki insidentindən yararlana bilməyib və əksinə 7-ci yerə qədər geriləyib. Lakin Ferrari komandasının sonuncu çempionu yarış ərzində mükəmməl geridönüş edərək, 3-cü yerə yüksəlib və Bakı yarışından sonra ilk podiumunu qazanıb.

Kimi Rəykkönen: “Məncə, hər şey qələbə uğrunda mübarizə apararkən baş verdi. Daha sonra yarış çox sakit keçdi. İlk dövrədə bir şey etmək istəsəm də, tras sürüşkən idi və önümdəki sürücülərin təmas etməsi mənə pis təsir etdi. Geriyə güşəndən sonra işlər bizim üçün yaxşı getdi. Pitdən sonra tempimiz daha yaxşı idi və podiuma yüksələ bildik. Buna görə xoşbəxtəm. Daha yaxşı nəticə qazana bilərdik, amma əlimizdən heç nə gəlmir. İndi isə Avstriya yarışına fokuslanmalıyıq. Ümid edirəm ki, rəqabətədavamlı ola bilərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 123
Teqlər , , ,
Paylaş

logo