K.Rəykkönen: “Ötmələrə çox vaxt sərf edirdim”

Bu gün finiş xəttini üçüncü keçmiş Kimi Rəykkönen hesab edib ki, Sift təkərlərlə start ideal strategiya olmayıb.

F-1.az xatırladır ki, dünən sıralanma turunun ikinci sessiyasında rəqiblərindən fərqli olaraq Ferrari sürücüləri ən yaxşı nəticələrini Soft-la göstəriblər, ona görə də bu gün yarışda bu tərkiblə start alıblar. Amma gözlənilənlərin əksinə olaraq, bu tərkib uzun məsafədə effektiv olmayıb…

Kimi Rəykkönen: “Yaxşı yarış oldu, düzdür, bizim üçün çətin idi, daim trafikdə olduq, mövqe uğrunda mübarizə aparmalı oldum. Əlbəttə, biz daha yüksək nəticəyə ümid edirdik, amma bunu əldə etmək heç də asan olmadı.

Deyə bilmərəm ki, bizim dünənki seçim düzgün idi, amma mənim maşınımda təkərlər pis işləmirdilər – amma ötmək çox çətin idi. Mən ötmələrə çox vaxt sərf edirdim, taktikada səhv etmişdik. Onsuz da hər şey arxada qalıb, heç nəyi dəyişə bilmərik…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*