K.Rəykkönen NASCAR-a keçir?

Kimi Rəykkönenin Ferrari ilə müqaviləsi ilin sonunda bitəcək. Son iddialara görə, finlandiyalı sürücü NASCAR seriyasında çıxış edəcək.

F-1.az xatırladır ki, Kimi Rəyykönen 2014-cü ildə Ferrari-yə qayıdıb. Finlandiyalı sürücü 2014-cü ildə Fernando Alonsoya, 2015-ci ildə isə Sebastyan Fettelə məğlub olub. Amma Kimi Rəykkönenin bir çox yarışlarda bəxti də gətirmir. O, 2016-cı ilin ilk yarışında xalsız qalıb.

Sky Sports xəbər verir ki, Kimi Rəykkönen 2017-ci ildə Stewart-Haas komandasının tərkibində NASCAR seriyasında çıxış edə bilər.

Başqa bir iddiaya əsasən isə, Rəykkönen əvvəlcə 2017-ci il bolidlərini görüb sonra təqaüdə çıxmaq istəyir. Buna görə də finlandiyalı sürücü Ferrari-də qalmaq üçün əlindən gələni edir.

Belə görünür ki, Rəykkönenin taleyi hazırda öz əlindədir.

Qeyd edək ki, Rəykkönen 2011-ci ildə NASCAR seriyasında çıxış edib.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*