K.Rəykkönen narazıdır

Kimi Rəykkönen Kanada QP-də əldə etdiyi 6-cı yerdən razı görünümür.

F-1.az xatırladır ki, finlandiyalı sürücü  Fettelə eyni strategiyanı seçsə də, yarışı komanda yoldaşının 60 saniyə gerisində tamamladı. Arrivabene yarışdan sonr bildirdi ki, yarış Rəykkönen üçün yaxşı keçməyib.

Rəykkönen də Arrivabenenin sözlərini təsdiqləyib: “Həftəsonu asan keçmədi. Maksimumu almağa çalışsam da, nəticədən razı qala bilmərik. Bolid trasın bəzi yerlərində özünü yaxşı aparırdı. Bəzi soyuq hissələrdə isə təkərlərlə mübarizə apardım. Bolidi limitlərdə sürəndə özümü yaxşı hiss edridim. Amma yanacağa qənaət etmək üçün yavaşlamaq məcburiyyətində qaldım. Bunu edəndə isə, təkərin temperaturu aşağı düşdü. Təkərlər soyuyandan sonra onları yenidən işlətmək çox çətin idi. Yarışın çox hissəsi belə keçdi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*