16 Dekabr 2017, Şənbə - 15:11

K.Rəykkönen: “Mercedes mühərrik rejiminə görə üstündür”

K.Rəykkönen: “Mercedes mühərrik rejiminə görə üstündür”

Müəllif: Rauf Hacıyev, redaktor

11:05 - 06 Oktyabr, 2016

Kimi Rəykkönen bildirib ki, Mercedes həm sıralanma turunda, həm də yarışın bəzi hissələrində mühərrik rejimi ilə oynayır və buna görə də çox üstündürlər.

F-1.az xatırladır ki, Ferrari 2016-cı il mövsümünün əvvəlində Mercedes-ə yaxın görünsə də, hazırda həm Mercedes-dən, həm də Red Bull-dan geri qalır.

Hamı bilir ki, Mercedes həm sıralanma turunda, həm də yarışlarda istədikləri vaxt mühərriyin gücünü artıra bilirlər və əlavə güc qazana bilirlər. Bu komandaya hər dövrədə 0.3 saniyə qazandırır.

Kimi Rəykkönen: “Gördükləri iş və aradakı fərq göz önündədir. Ancaq bunu əvvəl də görürdük. Bəzi yarışlarda və sıralanma turunda daha sürətli ola bilirlər. GPS-dən hər şeyi görürük. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Vəziyyəti yaxşılaşdırmalıyıq. Amma heç bir yenilik yoxdur. Rəqiblərimizlə mübarizə etmək üçün bolidimizi sürətləndirməliyik. Əksər hallarda onlar bizdən sürətli idilər. Bəzi sahələrdə inkişaf etməliyik”.

Rəykkönen bildirib ki, Ferrari-dəki yeganə problem sürət çatışmazlığıdır: “Biz çalışırıq ki, bütün sahələri inkişaf etdirək. Sıralanma turunda Mercedes kimi üstün deyilik. Buna görə də, bir gecə içində onları məğlub etmək çətindir. Amma yarış tempimiz güclüdür.

Bolidi idarə etmək rahatdır. Sadəcə sürətli olmalıyıq. Daha çox asfaltla ilişməyə və daha çox mühərrik gücünə ehtiyacımız var. Hər sahədə sürətli olmalıyıq. Hədəfimiz bütün sahələrdə inkişaf etməkdir. Bunları tapmaq asan deyil. Elə olsa, bütün komandalar sürətli olardılar. İnkişaf davamlı olur və inkişaf edən tək komanda biz deyilik. Hər yarış təkmilləşmək üçün mübarizə aparırıq. Mövsüm bitdikdən sonra gələn mövsüm barədə fikirləşəcəyik. İnkişaf edə biləcəyimiz hər sahəni tapmalıyıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 110
Teqlər , , ,
Paylaş

logo