20 Oktyabr 2017, Cümə - 16:24

K.Rəykkönen: “Mercedes bizdən sürətlidir”

K.Rəykkönen: “Mercedes bizdən sürətlidir”

Müəllif: Rauf Hacıyev, redaktor

19:24 - 16 İyul, 2017

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, Britaniyada Ferrari əsas rəqibi Mercedes-dən çox geridə qalıb.

F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışa ikinci yerdə başlayaraq, startda yerini qoruyub. Pit-stoplardan sonra da yerini qoruyan təcrübəli sürücü yarışın son dövrələrində sol ön təkərinin partlamasına görə əlavə pit-stop etməli olub və yarışı 3-cü yerdə bitirib.

Kimi Rəykkönen: “Boliddən və trasdan maksimumu alsam da, Mercedes çox sürətli idi. Yarışın bəzi hissələri isə bizim üçün çox çətin idi. Onlara çatmaq üçün çox sürətlə getməyə çalışdım. Hər həftə bəzi problemlər yaşayırıq və heyif ki, problemlərimiz yenə də davam etdi. Bu gün Lyuisi keçmək mümkünsüz idi.

Səbəbini bilmirəm, amma təkərim parçalandı. Az qala partlayırdı. Bəxtimiz gətirdi ki, yarışa qayıtdıq və bolidə zərər dəymədi. Pitə az məsafə qaldığı üçün şanslı idim. Daha sonra isə eyni yerdə Fettelin də təkəri partladı. Nəsə demək çətindir. Bu gün üçüncü olduğum üçün sevinə bilmirəm, amma heç nədən yaxşıdır. Ən azı podium qazana bildik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 508
Teqlər , , ,
Paylaş

logo