K.Rəykkönen komandasına qələbə qazandırıb

Kimi Rəykkönen finlandiyalı azarkeşlərini zal xokkeyində - florbolda təəccübləndirib.

F-1.az bildirir ki, Kimi Helsinkidə Ferrari Pampa klubunun heyətində həvəskarlar liqasının oyununda iştirak edib. O, iki qol vurub və komandasının 11-4 hesabı ilə qələbə qazanmasına kömək edib.

Biz xəbər vermişdik ki, Rəkkönenə Finlandiya hökuməti tərəfindən “İdman Səfiri” mükafatı verilmişdi. Lakin sürücü vətənində daha bir neçə gün qalıb. Qeyd edək ki, Kiminin həmin oyunda çıxış etməsi təkcə azarkeşlər üçün deyil, həm də yerli media nümayəndələri üçün gözlənilməz olub.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*