K.Rəykkönen: “İstədiyim dövrəni vura bilmədim”

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, Meksikada sıralanma turunda istədiyi kimi dövrə vura bilməyib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü sıralanma turunda 5-ci yeri tutub.

Kimi Rəykkönen: “Sözün düzü, çox zəif və çətin sessiya idi. Nəticə idealdan çox uzaqdadır. Yaxşı dövrə vurmağa çalışdım, amma asan deyildi. Asfaltla ilişmə istədiyim səviyyədə deyildi. Bir səhvlə hər şey qarışır. Bəzən özünüzü yaxşı, bəzən də pis hiss edirsiniz. Səhv etmək asan olur. Son sektorda ön tərəfi idarə etmək çətin olur.

Yarışda daha güclü olmalıyıq. Ümid edirəm ki, yaxşı start alıb və yaxşı performans göstərərik. Qəzadan qaçmağa çalışacam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*