18 Dekabr 2018, Çərşənbə axşamı - 17:06

K.Rəykkönen ilk gündən narazıdır

K.Rəykkönen ilk gündən narazıdır

Müəllif: Rauf Hacıyev, redaktor

21:33 - 18 Mart, 2016

Avstraliyada birinci və ikinci sərbəst yürüşlər yağışlı havada keçib və Ferrari komandasının sürücüsü Kimi Rəykkönen ilk gündən narazı qalıb.

F-1.az xatırladır ki, Kimi Rəykkönen birinci sərbəst yürüşlərdə 17-ci nəticə göstərib. Finlandiyalı sürücü ikinci sərbəst yürüşlərdə isə 3-cü nəticə göstərib.

Kimi Rəkkönen: “Hava işimizi çətinləşdirir və uzun məsafə qət etməyimizə maneə olur. Heyf ki, normal hava şəraitində işləyə bilmədik.

Bu həm azarkeşlər üçün, həm də bizim üçün pis haldır, amma havalar belədir. Əlimizdən heç nə gəlmir.

Bolid qış testlərində olduğu kimidir. Bu gün ilk dəfə keçid təkərlərindən istifadə etdim və hər şey yaxşı idi. Sabah hava quru olacaq və biz sabah işləmək istəyirik.

Şənbə günü ilk dəfə yeni sıralanma turu formatında çıxış edəcəyik. Mənə maraqlıdır ki, sonu necə olacaq. İlk dəfə problemlərlə üzləşə bilərik. Bizim əsas hədəfimiz ilk dəfədən hər şeyi başa düşməkdir”.

Kimi Rəykkönen komandaya yeni qoşulan Cok Klia barədə də fikirlərini bildirib: “O komandamıza xeyir verəcək. Onunla işləmək çox gözəldir. O bizə çox kömək elədi. Əlbəttə, təkcə Cok Klia yox, bütün komanda yaxşı işləyir. Çox xoşbəxtik”.

Finlandiyalı sürücü radio danışıqların məhdudlaşdırılması qaydasını da dəyərləndirib: “Mən düşünürəm ki, yaxşı qərardır. İnanmıram ki, nəsə problem çıxsın. Təbii ki, kiçik səhvlər və problemlər olacaq, amma bunlar həmişə olub”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 405
Teqlər ,
Paylaş

logo