K.Rəykkönen: “İdeal nəticə deyil”

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, 3-cü yer idealdan çox uzaqdır.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Macarıstan yarışına 3-cü yerdən başlayıb və 3-cü yerdə də bitirib. Beləliklə, 2007-ci ilin Dünya Çempionu cari mövsümdə ardıcıl 5-ci dəfə podiuma yüksəlib.

Kimi Rəykkönen: “Bu gün yaxşı nəticə aldıq. Startımız idealdan uzaq idi. Bu sahədə inkişaf etməliyik. İlk pitdən sonra Valtteriyə çatdıq, amma ötməyə şansımız yox idi. Buna görə də yenidən pit-stop etdik. Fərqli strategiya sınamalı idik. Bu gün sürətli idik və buna görə nəticə ideal deyil. Bəzən əlinizdən heç nə gəlmir. Amma yaxşı xallar aldıq və artıq növbəti yarışlar barədə düşünürük”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*