23 Oktyabr 2017, Bazar ertəsi - 14:03

K.Rəykkönen: “Hər şey qaydasında olmalıdır”

K.Rəykkönen: “Hər şey qaydasında olmalıdır”

Müəllif: Rauf Hacıyev, redaktor

12:02 - 26 May, 2017

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, uğur qazanmaq üçün hər şeyin qaydasında getməsi vacibdir.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Monakoda 2005-ci ildə dəfə qalib gəlsə də, son illərdə bu trasda bəxti gətirmir. 37 yaşlı sürücü 2012-ci ildə Formula1-ə qayıtdıqdan sonra Monte Karloda qazandığı ən yaxşı nəticə 2015-ci ildəki 6-cılıq olub.

Kimi Rəykkönen: “Burada olduğum üçün xoşbəxtəm. Monakoda gözəl yarışlar keçirtmişəm və bunu təkrarlamaq istəyirəm. Sözün açığı, bu trası digərləri ilə müqayisə etmək olmaz. Monako xüsusidir və buradakı qələbələr digərlərindən fərqlənir. Rəqabətədavamlı olmaq üçün hər şey qaydasında getməlidir. Ən xırda səhvinizdə həftəsonunuz bitə bilər. Lakin riskə getmək lazımdır. Bu trası xüsusü edən də riskdir. Güclü bolidimiz var. Ümid edirəm ki, gözəl həftəsonu keçirərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 70
Teqlər , , ,
Paylaş

logo