11 Dekabr 2018, Çərşənbə axşamı - 09:43

K.Rəykkönen hədəflərini açıqlayıb

K.Rəykkönen hədəflərini açıqlayıb

Müəllif: Rauf Hacıyev, redaktor

15:10 - 09 Dekabr, 2017

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, 2018-ci il mövsümünü daha yaxşı keçirərək, çempion olmaq istəyir.

F-1.az xatırladır ki, finlandiyalı sürücü 2017-ci ildə qələbə qazana bilməyib və mövsümü komanda yoldaşı Fettelin 112 xal gerisində bitirib.

Kimi Rəykkönen: “2017-ci ilin pis keçməsinin çox səbəbi var, amma bunlar artıq önəmli deyil. Artıq heç nəyi dəyişdmək mümkün deyil. Bəzən bolidiniz sürətli olmaz və qazana bilməyəndə açıqlama vermək məcburiyyətində qalmazsınız. Ancaq bizdə işlər fərqli idi və güclü bolidə sahib idik. Gələn il yenə sınayacağıq. Hər şeyi bir araya gətirsək, qalib gəlmək mümkündür. Mövsümün ilk hissəsində eribarlılıq cəhətdən güclü idik, amma heyif ki, ikinci hissədə işlər tərs getdi və vacib xallar itirdik. Lakin bu mövsümdən çox şey öyrəndik və eyni səhvlər təkrarlanmayacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 219
Teqlər ,
Paylaş

logo