K.Rəykkönen: “Heç nə bitməyib”

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, çempionluq şansları hələ də bitməyib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Sinqapur yarışında yaxşı start alsa da, Ferstappen və Fettellə insident yaşamış və hər 3 sürücü tezliklə mübarizəni dayandırmalı olmuşdu.

Kimi Rəykkönen: “Mətbuatda bəzi xəbərlər çıxır. Amma təslim olmayacağıq. İndi növbədə fərqli bir yarış var və ona fokuslanacağıq. Son yarışa qədər heç nə bitməyəcək. Hamı buna əmin ola bilər. Malayziyada güclü ola bilərik və qələbə qazansaq, işlər yenidən qaydasına düşə bilər”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*