24 Sentyabr 2017, Bazar - 21:47

K.Rəykkönen: “Gələcəyimlə bağlı qərar verdim”

K.Rəykkönen: “Gələcəyimlə bağlı qərar verdim”

Müəllif: Rauf Hacıyev, redaktor

08:13 - 09 İyun, 2017

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen haqqında çıxan “ikinci sürücü” xəbərlərini təkzib edib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışa pouldan başlasa da, yarış zamanı pitə komanda yoldaşı Fetteldən tez çağırılmış və nəticədə ikinciliyə düşərək, yerini itirmişdi.

Kimi Rəykkönen: “İnsanlar düşünür ki, gülməliyəm. Amma mən gözlədiyim nəticələri alanda gülürəm. Bu qədər bəsitdir. İkinciliyə, üçüncülüyə görə sevinsəm, narahat olaram. İnsanların fikirlərini ciddiyə almıram. Təbii ki, yarışdan sonra bəzi şeyləri daha yaxşı edə biləcəyinizi düşünürsünüz. Monako kimi trasda pitdən çıxanda traffikə düşmək ideal deyildi. Xüsusən də pit-stopdan əvvəl keçə bilmədiyim rəqiblərin arxasında qayıtdım. Bəzən ani qərarlar verməli olursunuz və bu dəfə işlər mənim üçün ideal deyildi. Amma geriyə baxmağın mənası yoxdur”.

Lyuis Həmilton Monako yarışından sonra Rəykkönenin artıq “ikinci sürücü” olduğunu demişdi.

Kimi Rəykkönen: “Onun başqa komandalar barədə nə qədər məlumatlı olduğunu bilmirəm. Mənim üçün hər şey qaydasındadır. Nə etdiyimizi bilirik. Bəzən bu cür şeylər olur. Həmişəki kimi yarışmağımız sərbəstdir. Komanda daxilindəki qaydaları bilirik. Komandanın bizdən nə istədiyini də bilirik. Ən yaxşı nəticə üçün yarışırıq və bir-birimizi keçməyə çalışırıq. Lakin bəzən bir sürücünün şansı olsa da, digərinki olmur. Bu hər yerdə belədir. McLaren-də belə. Bununla bağlı problemim yoxdur. Bu ədalətli oyundur.

Gələcəklə bağlı planlarımı hazırlamışam. Lakin heç birini sizinlə paylaşmayacam. Bu sizi maraqlandırmır. Onsuz da nə olsa, yazırsınız. Lazım olan adamlar bilirlər. Hər il müqaviləmlə bağlı xəbərlər çıxır. Monakoda olanlar müqaviləmə təsir etməyəcək”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 11. 324
Teqlər , , , , , ,
Paylaş

logo